Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn parlament seçkilərində iştirak edəcək.
Pənah Hüseyn “AzPolitika”-ya açıqlamasında deyib ki, DSK-dan imza vərəqələrini bu gün götürəcək.
Qeyd edək ki, P.Hüseyn 68 saylı Sabirabad-Şirvan seçki dairəsindən namizədliyini irəli sürüb.
Həmin dairədən YAP hazırk deputat Kamal Cəfərovu namizəd göstərib.
Belə görünür, bu dairədə müxalifət liderini çətin mübarizə gözləyir.
“AzPolitika.info”


Şərhlər