Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Böyük Britaniyaya səfər edib. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamasından az sonra yaradılan bu struktur Rusiya və Belarusdan başqa bütün Avropa ölkələrini özündə birləşdirir.
Hava limanında Zelenskini Ukraynanın Britaniyadakı yeni səfiri, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı qarşılayıb.
Zirvə toplantısında iştirak etməklə yanaşı, Zelenskinin Kral III Çarlz və Böyük Britaniyanın Baş naziri Key Starmerlə də daxil olmaqla ikitərəfli görüşləri də planlaşdırılır. Londonda yeni əməkdaşlıq müqavilələri də imzalanacaq.
Zelenski sammitdəki çıxışında yenidən Qərb ölkələrini Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə, xüsusən də aerodromlara qarşı uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyə çağırıb.
Bu, Avropa Siyasi Birliyinin dördüncü, Britaniyada isə ilk iclasıdır. Agentliklərin qeyd etdiyi kimi, Böyük Britaniyanın yeni Baş naziri sammitdən ilk növbədə Aİ ölkələri ilə münasibətləri yaxşılaşdırmaq üçün istifadə etmək istəyir. Keir Starmer Britaniyanın Avropa Birliyinə qayıtma ehtimalını istisna etsə də, ticarət və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığın tərəfdarıdır.
“AzPolitika.info”


Şərhlər