Keçmiş ABŞ prezident Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı planlaşdırılır. Telefon görüşü iyulun 19-da baş tutmalıdır.
“AzPolitika” xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, bu, Trampın Ağ Evdən getməsindən sonra iki liderin ilk telefon danışığı olacaq.
Məlum olduğu kimi, Trampın prezident seçilməsi ehtimalı artdığəından Avropada ABŞ-nin Ukrayna savaşı və ümumilikdə Avropanın təhlüksəizliyilə bağlı siyasətində ciddi dəyişikliklərin ola biləcəyinə dair narahatlıqlar var.
“AzPolitika.info”


Şərhlər