Rusiyada ABŞ-nin “The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviç 16 il müddətinə azadlıqdan məhrum edilib.
Prokurorluğun məlumatına görə, jurnalist ötən ilin martında Sverdlovsk vilayətində “NPK Uralvaqonzavod” ASC-nin fəaliyyəti ilə bağlı məxfi məlumat toplayıb.
"BBC"-nin məlumatına görə, prokurorluq 32 yaşlı Gerşkoviç üçün 18 il istəsə də, Sverdlovsk Vilayət Məhkəməsi isə onu 16 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, jurnalist 2023-cü ilin martında Nijni Taqilə səfər etdikdən sonra Yekaterinburqda saxlanılıb. Həbsdən sonra jurnalist Moskvaya aparılaraq Lefortovo istintaq təcridxanasına yerləşdirilib.
"AzPolitika.info"


Şərhlər