“Bu gün 70 saylı Neftçala seçki dairəsindən 1 sentyabrda Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd kimi qeydə alındım”.
“AzPolitika” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
“Mən doğma Neftçaladan rəsmi qeydə alınmış 1-ci namizədəm. Həyata göz açdığım, doğulub boya-başa çatdığım, təhsil, kariyera uğurlarımı borclu olduğum doğma Neftçala üçün xeyirli-uğurlu olsun”, - deyə, ekspert “Facebook” hesabında yazıb.
Qeyd edək ki, həmin dairədən hazırda Xalq şairi, Vətəndah Həmrəliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deputatdır. 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə o namizədliyini irəli sürməyəcək. VHP onun yerinə S.Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlını namizəd göstərib.
“AzPolitika.info”


Şərhlər