Menu

YAP Mərkəzi Aparatında seçkilərlə əlaqədar müşavirə keçirilib - FOTO

20.07.2024, 15:16
YAP Mərkəzi Aparatında seçkilərlə əlaqədar müşavirə keçirilib - FOTO

İyulun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

APA xəbər verir ki, bu barədə YAP-dan bildirilib.

Müşavirədə partiyanın İdarə Heyətinin 2024-cü il 3 iyul tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərlə əlaqədar ötən müddət ərzində görülmüş işlər ətrafında müzakirələr aparılıb, onların icra vəziyyətinin təhlili əsasında növbəti dövr üçün konkret vəzifələr müəyyən edilib, müvafiq tapşırıq və tövsiyələr verilib.

Şərhlər

Moshu 2024-07-21 06:49:03

Özüm də iqtidar nümayəndəsiyəm, lakin iqtidarın bəzi məmurcuqları törətdiyi əməllər yalnız təəssüf doğurur. Azpolitikanın səhifəsindəki məmurlara baxıram, necə də ağıllı görkəmlə oturublar. Əsl saxtakarlar bu gözəl görkəmdə oturan qaqaşlardır. Seçkinin adını şəffaf, nə bilim nə qoyurlar qoysunlar, yerlərə tapşırıq verirlər ki, yalnız bizim namizədi dəstəkləyin. Yerdə qalan namizədlərin hətta qeydə alınmaları üçün imza toplamalarına mane olun. Seçiciləri müavinətlərini kəsəcəkləri ilə hədfələyib seçki prosesini pozmağa çalışırlar (bu biyabırçılıq hardan qaynaqlanır, deyə bilmərəm, lakin fakt faktlığında qalır). Prezidentin başı xarici siyasətə qarışdığından bu məsələyə o qədər də diqqət ayırmağa vaxtı çatmır. Onun yerlərdəki nümayəndələri YAP-ın adına yaraşmayan fəaliyyət göstərirlər. Cənab Prezident heç olmasa onlara dəmir yumruğunu göstərərdi. Konkret olaraq 104 saylı seçki dairəsini misal gətirmək istərdim. Polis əməkdaşlarlı, icra nümayəndələri indidən seçicilərin şəxsiyyət vəsiqələrini yığırlar ki, onlar seçki hüququndan məhrum olsunlar və sentyabrın 1-də istənilən namizədə səs verdirsinlər. Bunu vətəndaşların özləri etiraf edirlər. Açığı, YAP funksionerləri bu yönümdə siyasətini davam edəcəklərsə, Sovet İttifaqı Kommunist partiyasının acı aqibəti onu da gözləyir. Buna rus dilində «медвежья услуга», yəni ayı xidməti deyirlər. Özüm YAP-ın üzvüyəm, görürəm ki, YAP-ın belə utancverən siyasəti şəxsən mənə lazım olası deyil (xatirinizdədirsə, Sovet ittifaqı dağılan ərəfədə vətəndaşlar sovet pasportlarını paçka-paçka yandırırdılar). Hörməti Azpolitika, əgər həqiqətən də ölkənin taleyinə biganə deyilsinizsə və ölkə başçısının siyasətini dəstəkləyirsinizsə, bu yazını işıqlandırın ki, bəlkə hansısa vicdanlı məmur bu biyabırçılığı ölkə başçısının diqqətinə çatdıra.

Moshu 2024-07-21 06:03:03

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol