ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi sui-qəsd cəhdindən və Respublikaçıların milli qurultayından sonra yüksəlib.
"Report" xəbər verir ki, bunu "Ipsos" sosioloji xidmətinin ABC televiziya şirkəti üçün hazırladığı sorğunun məlumatları sübut edir.
Tədqiqata görə, Trampın reytinqi son hadisələr fonunda son 4 ildə ilk dəfə 40%-ə yüksəlib.
Sorğu 19-20 iyul tarixlərində 1 141 amerikalı arasında aparılıb.


Şərhlər