ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib ki, Donald Tramp ABŞ Prezidenti seçilərsə, telefon zəngi ilə gücünü nümayiş etdirə və Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoya bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Conson hesab edir ki, Tramp dünya liderlərinə öz gücünü nümayiş etdirərək, onları ABŞ-nin mövqeyi ilə hesablaşmağa vadar edəcək: “Mən əminəm ki, Prezident Tramp bu münaqişəyə son qoya biləcək, çünki o, güc nümayiş etdirəcək. Biz dünyanı güclə saxlayırıq. Bayden administrasiyasının üç il yarımlıq idarəçiliyi ərzində bizdə belə bir şey olmayıb. Hər şey tam əksinə idi”.
Conson Trampın onun administrasiyası dövründə Rusiyanın Ukraynaya təcavüz etmədiyi barədə bəyanatını xatırladıb: "İndiki kimi İsraildə münaqişəmiz, müharibəmiz olmadı. Çünki İran Baydenin dövründə gücləndi. Bizim dövrdə Çinin indiki kimi bütün dünyada təxribatçı hərəkətləri yox idi... Tramp telefonu götürüb bütün dünyadakı rəqiblərə təhdid və tələblər bildirmək qabiliyyətinə malikdir, çünki onlar müəyyən dərəcədə ondan qorxurlar”.
Xatırladaq ki, Co Baydenlə debatda Tramp növbəti dəfə seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibəni dərhal dayandıracağını demişdi. Lakin bir çox mütəxəssislər Trampın bəyanatlarına tənqidlə yanaşır və onun real imkanlarının şişirdildiyini bildirirlər.
“AzPolitika.info”


Şərhlər
HARAMLARI OLSUN UŞAGLARININ VE NEVELERİNİN XESTEXANASINA XERCLESİNLER