Menu

Ermənistanın xarici borcu 12 milyardı dolları ötüb - Adambaşına 4 min dollar

22.07.2024, 15:15
Ermənistanın xarici borcu 12 milyardı dolları ötüb - Adambaşına 4 min dollar

Ermənistanın dövlət borcu 12 milyard dolları keçib.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifət blokundan olan deputatı Artur Xaçatryan öz “Facebook” səhifəsində yazıb.

O, xarici borcun artmasına görə Paşinyan hökumətini tənqid edib: “Yaxşı, əziz həmvətənlər, hökumətin yorulmaz və milli xilaskar fəaliyyəti nəticəsində iyunun 1-nə Ermənistan Respublikasının dövlət borcu 12 milyard dollar həddini keçib. Əgər bu rəqəmi əhalinin sayına bölməyə çalışsanız, onda bizim hər birimizin dövlət borcunda payımız 4 min dollardan çox olacaq. Növbəti dəfə sizi parıldayan asfaltla heyran etməyə çalışanda bu rəqəmləri xatırlayın”.

Müayisə üçün qeyd edək ki, Azərbaycanın xarici borcu bu ilin əvvəlində 6 milyard dollara yaxın olub.

“AzPolitika.info”

Şərhlər

Firuz 2024-07-22 17:07:19

Bəs Azərbaycanın borcu?Guya bundan azdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol