Menu

ŞƏHİD ÖVLADININ KÖMƏYƏ EHTİYACI VAR – "Bu həftə təcili əməliyyat olunmalıdır..." + FOTOLAR

18.09.2024, 10:16
ŞƏHİD ÖVLADININ KÖMƏYƏ EHTİYACI VAR – "Bu həftə təcili əməliyyat olunmalıdır..."  + FOTOLAR

“Həyat yoldaşım Məmmədov Şirxan Mahal oğlu artıq bir ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Ona sidik kisəsinin yan divarının bədxassəli törəməsi diaqnozu qoyulub. Sentyabr və oktyabr aylarında iki dəfə uğursuz əməliyyat keçirib. Böyrəyinin funksiyasını yerinə yetirməsi üçün mart ayında keçirdiyi əməliyyat da uğursuz olub”.

Bunu Ş. Məmmədovun həyat yoldaşı Lamiyə Məmmədova “AzPolitika”-ya ünvanladığı müraciətdə bildirib.

Ş. Məmmədovun 3 uğursuz əməliyyat keçirdiyini qeyd edən L.Məmmədova həyat yoldaşının əvvəlki sağlamlığına qovuşması üçün daha iki əməliyyata girməli olduğunu bildirib.

“Həyat yoldaşım iki dəfə yenidən açıq əməliyyat olmalıdı. Həkim bu  həftə təcili əməliyyat olunmalıdır deyib. Əlimizdə, ovucumuzda nə varsa, hamısını onun müalicəsinə, əməliyyatlarına xərcləmişik. Müayinə xərclərini bankdan borc götürərək, dəyərli əşyalarımızı sataraq qarşılamışıq. Lakin indi artıq maddi durumumuz buna imkan vermir. Həyat yoldaşımın bir əməliyyatı üçün 6-7 min manat civarında vəsait lazımdır. Mən imkanlı şəxslərə üz tutaraq bizə dəstək olmalarını xahiş edirəm. Həyat yoldaşım həm də şəhid övladıdır. Atası Məmmədov Mahal Ələsgər oğlu 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlər zamanı şəhid olub. Mən həmdə yardımsevər xalqımdan şəhid övladının hazırkı vəziyyətinə laqeyd qalmamalarını, bu vəsaitin toplanması üçün imkan daxilində bizə yardım etmələrini xahiş edirəm”, - deyə o bildirib.

Əlaqə nömrəsi: 099-331-00-39

Kart nömrəsi: 5239 1517 8019 9777 (Kapital Bank)

“AzPolitika.info”

Şərhlər

Vətənaş 2024-08-22 12:46:39

Bəs onu əməliyyat edəcəg həkimin vicdanı,səhiyyə müəssisəsinin rəhbərliyinin insani hissləri? Niyə hökumət vətəndaşı yox.fırıldaqçı və soyğunşuların bahaaşma,xalqı soyma əməllərini müdafiə edir?Vətəndaş nə etməli?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol