Rusiya nüvə başlığı daşıya bilən qitələrarası “Yars” ballistik raketi ilə təlim keçirib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada daha əvvəl planlaşdırılan təlimin həyata keçirildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, təlim çərçivəsində “Yars” raket kompleksinin mobil qrupu müxtəlif manevrlər həyata keçirilib.
Qeyd edək ki, nüvə hücumu da həyata keçirə bilən və təxminən 12 min kilometr mənzilə sahib olan “Yars” raketinin müdafiə sistemləri tərəfindən aşkarlana bilmədiyi və eyni anda 3 ilə 6 arasında hədəfi vura bildiyi bildirilir.
“AzPolitika.info”


Şərhlər