Donald Tramp ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkildikdən sonra verdiyi açıqlamada vitse-prezident Kamala Harrisi məğlub etməyin onun üçün asan olduğunu bildirib.
“AzPolitika” xəbər verir ki, Baydenin 2020-ci ildə “yalan və saxta xəbərlər” sayəsində prezident seçildiyini bildirən Tramp, həkiminin və ətrafındakıların Baydenin prezident ola bilməyəcəyini bildiyini bildirib.
Tramp Baydenin prezidentliyi dövründə ölkənin böyük zərər gördüyünü vurğulayıb.
“O, ölkəmizin tarixindəki ən pis prezidentdir. Bayden ölkəmizin tarixinə indiyədək ən pis prezident kimi düşəcək. Vitse-prezident Harrisi məğlub etmək Baydeni məğlub etməkdən daha asan olacaq”,-deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər
Dünyəvi dayaqları olan ABŞ vətəndaşları çox mühüm SEÇİM qarşısındadırlar. Əhli-Keyf milyarder, yoxsa hər qərara səhvsiz, mümkün tövsiyələrlə çalışan şəxs? *Respublika* müdhiş piramida-ZİRVƏdir, *DEMOKRATİYA* doğru yolun mülahizəsi!