Xalq artisti Ağadadaş Ağayevi döyən "Medera" xəstəxanasının gözətçisi Nurəddin Cəlilov saxlanılıb.
Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, xalq artisti, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, az öncə isə qulağından əməliyyat olunan 68 yaşlı Ağadadaş Ağayev bu gün səhər saatlarında özünü pis hiss etdiyi üçün “Medera” klinikasının gözətçisindən evinə həkim göndərməsini xahiş edib. Gözətçi isə həkim çağırmaqdan imtina edib və mübahisə yaranıb. Daha sonra əlbəyaxa dava olub və gözətçi Ağadadaş Ağayevi qəddarcasına döyüb.


Şərhlər
Ağadadaş Ağayev tomohavk ( balta) atıb gözətçiyə -dəyməyib , mühafizəçi də onu döyüb
Bu videogörüntüyə görə günah Ağadadaşdadı, belə ki, baltanı tolazlayır gözətçiyə və o da gəlib Ağadadaşnan süpürləşir, ona görə də, məncə Ağadadaşın psixi durumu anormaldır və o müalicə olunmalıdır...
Qurtarın bu oyunları ,gözətçini tutmaq əvəzinə ,Ağadadaşı Şeyxin yanına göndərmək lazım idi
kim kimi dóyúb ve baltalayib ?