Menu

Məhbus qadınlar Ukrayna ordusunda - İlk 7 nəfər müqavilə bağlayıb

24.07.2024, 14:41
Məhbus qadınlar Ukrayna ordusunda - İlk 7 nəfər müqavilə bağlayıb

Həbsxanada cəza çəkən ilk yeddi qadın Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayıb.

“AzPolitika” xəbər verir ki, Ukrayna Ədliyyə Nazirliyinin nümayəndəsi Yelena Vısotskaya bu barədə məlumat paylaşıb.

Qurum rəsmisi deyib ki, qadınlar şərti olaraq vaxtından əvvəl azad olunmaq müqabilində müqavilə əsasında hərbi xidmət keçmək arzusunda olduqlarını bildiriblər.

Məhkumlar artıq hərbi həkim komissiyasından (HHK) keçiblər və hərbi hissələrin komandirləri ilə konkret hissələrdə xidmət keçmələri barədə razılığa gəliblər: “Məhkumların səfərbərliyi haqqında Ali Radanın qəbul etdiyi qanun təkcə kişilərin deyil, qadınların da orduya qoşulmaq imkanını təmin edir, lakin əvvəllər məhkum olunmuş qadınlar orduya səfərbər olmaq arzusunu ifadə etmirdilər. İndi isə artıq Ukrayna Silahlı Qüvvələri ilə müqavilə bağlamaq qərarına gələn ilk yeddi məhkumla bağlı qərarımız var”.

Bu günlərdə Ukraynada məhbusların könüllü səfərbərliyi haqqında parlamentin təsdiq etdiyi qanun qüvvəyə minib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol