Ukrayna Prezidenti Volodimir Zelenski gözlənilməz bəyanatla çıxış edərək deyib ki, Ukrayna 2024-cü ilin noyabr ayının sonuna kimi ölkədə sülhə nail olmaq üçün fəaliyyət planı hazırlamağı planlaşdırır.
“AzPolitika” xəbər verir ki, Zelenski bunu Yaponiya İctimai Televiziyasına müsahibəsində bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, belə bir vəzifəni administrasiyası və diplomatik komandası qarşısında qoyub.
Zelenski əmin olduğunu bildirib ki, Ukrayna ordusunun gücləndirilməsi, ilk növbədə ABŞ tərəfindən dəstək və Rusiyaya beynəlxalq diplomatik təzyiqlər münaqişəni ədalətli nəticəyə gətirəcək üç əsas komponentdir.
“AzPolitika.info”

Şərhlər
Müharibənin ilk günlərində Erdoğanın Rusia ilə bağlı söylədikləri və ABŞ prezidentliyinə namizəd Donald Trampın bu günlərdə bu müharibəyə görə Baydeni qınaması, sanıram payızda Zelenskininin özünün sonunu gətirəcək. Çünki, Rusiyanın dirənişi, Qərbi bu məsələdə gülünc vəziyyətə salıb.