Menu

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

28.07.2024, 18:42
Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəlib

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.

İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol