Rusiyanın Volqoqrad şəhərində sərnişin qatarı relsdən çıxıb.
“AzPolitika” xəbər verir ki, 800 sərnişinin olduğu qatarın 8 vaqonu relsdən çıxaraq aşıb.
Son məlumata görə, 100-dən artıq şəxs yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada ilkin tibbi yardım briqadasının hadisə yerində olduğu və 324 nəfərlik tibbi heyətin yaralılara yardım etdiyi bildirilib.
“AzPolitika.info”


Şərhlər