Menu

“Doğru istiqamətdə getmirik..." - ”Gürcülərin 63 faizi narazıdır"

29.07.2024, 16:45
“Doğru istiqamətdə getmirik..." - ”Gürcülərin 63 faizi narazıdır"

Gürcüstan əhalisinin 63%-i ölkənin yanlış istiqamətdə, 37%-i isə düzgün istiqamətdə inkişaf etdiyini düşünür. 

“AzPolitika” xəbər verir ki, “Edison Research” tərəfindən aparılan ictimai rəy araşdırmasının nəticələri bunu göstərir.

Son üç sorğunun nəticələrinə görə, ölkənin yanlış istiqamətdə inkişaf etdiyini düşünənlərin sayı zaman keçdikcə artıb. Belə ki, dekabrda onların sayı 57%, apreldə 59% olub.

Ən çox 25-34 yaş qrupunda olan vətəndaşlar hesab edirlər ki, ölkə düz yolda inkişaf etmir - 72%. 18-24 yaş qrupunda bu göstərici 71% təşkil edir. Ancaq istənilən yaş qrupunda ölkənin yanlış istiqamətdə inkişaf etdiyini düşünənlər üstünlük təşkil edir.

Xəbərdə deyilir ki, ictimai rəy sorğusu “Formula” telekanalının sifarişi ilə beynəlxalq araşdırma şirkəti “Edison Research” tərəfindən keçirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol