Menu

Qalant Ostin ilə Hizbullah"ın Colan təpələrinə hücumunu müzakirə edib

30.07.2024, 00:01
Qalant Ostin ilə Hizbullah"ın Colan təpələrinə hücumunu müzakirə edib

İsrailin müdafiə naziri Yoav Qalant Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu haqda məlumatı İsrail hərbi idarəsinin mətbuat xidməti bildirib.

Söhbət zamanı Qalant, ölkəsinin “Hizbullah” hərəkatını Colan təpələrindəki hücuma görə cavab verəcəyini bildirib.

Məlumatda bildirilir ki, Qallant Ostinə raket hücumu haqqında ətraflı məlumat verib və raketin 50 kiloqram partlayıcı ilə dolu olan İran raketi olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol