Menu

Sumqayıtda ticarət mərkəzində yanğın olub

30.07.2024, 08:38
Sumqayıtda ticarət mərkəzində yanğın olub

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın olub.

APA xəbər verir ki, hadisə 32-ci məhəllədə yerləşən Səfərli ticarət mərkəzində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Alov söndürülüb. Yanğın nəticəsində təxminən 80 m² ərazi yanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol