Menu

Leyla Yunus və İntiqam Əliyevə baş çəkilib

08.12.2014, 14:57
Leyla Yunus və İntiqam Əliyevə baş çəkilib

Ombudsman Aparatının əməkdaşları Bakı İstintaq Təcridxanasında araşdırma aparıb.

Müvəkkilin nümayəndələri təcridxanada saxlanan digər şəxslərlə yanaşı hüquq müdafiəçiləri Leyla Yunus və İntiqam Əliyevlə də görüşüblər.

Qurumdan “Media forum” saytına verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Leyla Yunus Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin xidmətindən imtina edib və bu barədə müvafiq sənədləşmə aparılıb.

Hər iki görüşün nəticələri barədə ombudsman Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol