Menu

Növbədənkənar parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

01.08.2024, 16:48
Növbədənkənar parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Növbədənkənar parlament seçkilərində 481 nəfərin namizədliyi qeydə alınıb.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə, 1489 nəfər namizədlik üçün müraciət edib.

“459 nəfər 25 siyasi partiyadan irəli sürülüb. 1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfərin partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib”, - o deyib.

Şərhlər

dadaşyev 2024-08-01 17:02:25

Parlamentimizdə 5 il boyunca fəallıq göstərən cəmisi 15-20 nəfər olur.Yüz deputat isə yalnız səsvermələrdə iştirak üçündür,illərlə səsləri çıxmır.Bu işi robotlar daha yaxşı bacara bilər,ona görə də hər dəfə seçkiyə filan qədər pul ayırmamaq üçün birdəfəlik Yaponiyadan,Cənubi Koreyadan adama oxşayan robotlar alaq yüz ədəd,oturdaq yumşaq kreslolara,olsunlar əbədi deputatlar,nə maaş alsınlar,nə obyektləri olsun,nə toxunulmazlıqları.Yalnız batareyaları bitəndə zaryadkaya qoşaq dolduraq.Vəssalam,şüttamam.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol