Şəhidin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlər dayandırılır.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda əksini tapıb. Qərara əsasən, şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin dul arvadı (əri) yeni nikaha daxil olduqda sosial ödənişlərin ödənilməsi dayandırılır.


Şərhlər
Deyək şəhidin arvadının 20 yaşı var,1-2 yaşında körpəsi,məncə bu məntiqə uyğun deyil,onun üçündə çox nadir hallarda belə gənc yaşında dul qalan xanımlar qeyri rəsmi yəni nigahsız yaşayırlar.Düzdür bu çox mübahisəli məsələdir ancaq Allahın insana bəxş etdiyi hisləri,azadlığı qapadmaq çətindir.