Menu

"Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb" - KİV

01.08.2024, 18:15
"Haniyə Tehrandakı qonaq evinə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb" - KİV

İsmayıl Haniyə Tehrandakı qonaq evinə gizli şəkildə yerləşdirilən partlayıcı qurğu ilə öldürülüb.

APA xəbər verir ki, bu barədə "New York Times" bir çox mənbəyə istinadən xəbər verir.

Məlumata görə, bomba təxminən iki ay əvvəl qonaq evində gizlədilib və onun otaqda olduğu təsdiqləndikdən sonra uzaqdan partladılıb.

Sui-qəsd Tehranın şimalındakı Neşat kompleksindəki qonaq evində baş verib. Kompleks İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən idarə olunur və mühafizə olunur.

Şərhlər

dadaşyev 2024-08-01 22:17:18

Bu qədər ağ yalan olmaz əşi.Qoy oturmuşuq.Əmmaməli şeytanlar uydurublar bu ssenarini.Yəni partlayıcı maddəni İnqilab keşikçiləri korpusunun mühafizəsində olan (!) binadakı bir otağa qoyublar və biliblər ki az sonra Rəisi helikopterdə öldürüləcək,İranda yeni prezident seçkiləri keçiriləcək və iki ay sonra yeni prezidentin andiçməsi olacaq və qonaqlardan birisi də Haniyə olacaq ki,məhz o otaqda yatacaq?! Bu qədər sadəlövh olmayın.Məsələ belə olub:gecə bərk isti olduğu üçün Haniyə pəncərəni açıq qoyaraq yatıb.Bundan istifadə edən killer əl boyda drona partlayıcı maddə qoyaraq dronu uzaqdan idarəylə pəncərədən içəri keçirib və görüncə ki Haniyə otaqdadır,partlayış düyməsini basıb.Vəssalam.Tamamən SEPAH-ın dəsti-xəttidi yəni.İrana getdiyinizdə pəncərələri açıq qoyub yatmayın haa.Hər şey ola bilər.

İkram 2024-08-01 20:22:13

Aylardır İranın ən bərk gedən hərbçilərinin idarə etdiyi və qoruduğu (?!) binaya bomba (patron yox ha) yerləşdirilir, amma heç kimin xəbəri olmur?! İran mollaları hər göyçək ağızlarını açanda öz təriflərinin həddi hüdudu olmur. Amma hadisələr göstərir ki, İran hər sahədə çürüyüb, sabun köpüyü kimidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol