"Hizbullah"ın baş katibi Həsən Nəsrullah HAMAS lideri İsmayıl Haniyə və "Hizbullah" komandiri Fuad Şükrün öldürülməsindən sonra İsraillə münaqişədə “yeni mərhələ” elan edib.
APA xəbər verir ki, Nəsrullah "düşmən qisas üçün gözləməlidir", deyə xəbərdarlıq edib.
“İran qonaq olan Haniyənin öldürülməsini öz şərəf və ləyaqətinə hücum hesab edir. Xameneinin Haniyənin öldürülməsindən sonrakı sözləri İranın Dəməşqdəki konsulluğuna hücumdan sonrakı sözlərindən daha sərtdir. Çünki bu, İranın daxilində hücum idi, Xamenei bunu şərəf məsələsi hesab edir”, - deyə Həsən Nəsrullah vurğulayıb.


Şərhlər
Yağmasa da guruldayanlardan daha birisi.Qisas alacaqsansa düşmən niyə gözləməlidir?Bu nə boş danışıqlardı?10 aydır Qəzzada fələstinlilər qırılır ucdantutma,niyə gözləmisən ki qisasını?Öldürülən 40 min qadın,uşaq,qoca,gənc insan deyildilərmi?Qulağının dibindəcə hər gün evləri başlarına uçurulmurmu bu 10 ayda?Mahmud Abbas da sənin kimi.Türkiyə Məclisində çıxış edəcək Haniyənin əvəzinə.Nə deyəcək çıxışında?Bilmirmi Türkiyədə onu "Batının kuklası" adlandırırlar?