Menu

Jurnalist Aqil Ələsgəri məhkəməyə verdilər - "Həbs oluna bilərəm"

08.12.2014, 15:32
Jurnalist Aqil Ələsgəri məhkəməyə verdilər - "Həbs oluna bilərəm"

“Yeni Çağ” (yenicag.az) qəzetinin baş redaktoru Aqil Ələsgər musavat.com-a deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə “Çağ Öyrətim” tərəfindən məhkəməyə verilib. Onun fikrincə, buna səbəb "Hizmet" hərəkatının lideri Fətullah Gülənlə bağlı yazdığı yazılardır.

O. Həmçinin bildirib ki, artıq neçə aydır ünvanına bu yazıları dayandırmaq üçün təhdidlər və təkliflər gəlməkdədir.

O, iddia edir ki, artıq məhkəmənin hazırlıq iclası da keçirilib: " Hazırlıq və baxış keçirildiyi halda, mən məlumatlandırılmamışam. Halbuki mənim bütün koordinatlarım saytımızda var və bu ölkədə ən asan tapılacaq adamlardan biriyəm. Belə olduğu halda nə ARDNŞ, nə də məhkəmə mənimlə əlaqə yaratmağa cəhd etmədən, haqqımda qərar çıxarmaq və məni susdurmaq istəyirlər. Eyni zamanda biz “Çağ Öyrətim”in vəkilinə təhqirsiz, normal bir cavab məktubu göndərəcəkləri təqdirdə, dərc edə biləcəyimizi bildirsək də, onlar da mənim həbs olunmağımda və “Yeni Çağ”ın bağlanmasında qərarlıdırlar”.

Jurnalist neft şirkətini bu iddadan vaz keçməyə çağırır. Bildirir ki, heç bir halda yolundan və davasından vaz keçməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol