ABŞ Maduronun qələbə iddialarının əksinə olaraq, müxalifətin namizədi Edmundo Qonzalesi Venesuelada keçirilən prezident seçkilərinin qalibi kimi tanıyıb.
“AzPolitika” xəbər verir ki, bunu “Reuters” agentliyi ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatına istinadla yazıb.
Beləliklə, faktiki olaraq, ABŞ Maduronu prezident kimi tanımayıb: “Dəlillərin hədsiz ağırlığını nəzərə alaraq, Birləşmiş Ştatlar və ən əsası Venesuela xalqı üçün aydındır ki, Edmundo Qonzales Urrutia Venesuelada iyulun 28-də keçirilmiş prezident seçkilərində ən çox səs toplayıb”.
Blinkenin verdiyi bəyanatda Venesuela yeni sanksiyalarla təhdid edilməyib, lakin mümkün “cəza tədbirləri”nə işarə edilib. Daha əvvəl bildirilmişdi ki, Vaşinqton mübahisəli seçkilərdən sonra yeni sanksiyalar tətbiq etməyi düşünür.
“AzPolitika.info”


Şərhlər