Menu

“”F-16”-lar artıq cəbhədə işləyir” – “Ordu bunu hiss edir”

05.08.2024, 12:14
“”F-16”-lar artıq cəbhədə işləyir” – “Ordu bunu hiss edir”

Ukrayna Silahlı Qüvvələri artıq cəbhədə “F-16” qırıcılarının dəstəyini hiss edir.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri 59-cu briqadasının sözçüsü Sergey Tsexotski yerli mətbuta açıqlamasında deyib.

O, cəbhə xəttində olan hərbçilərin bu təyyarələrin işini hiss edib-etmədiyi sualına cavab verərkən qeyd edib: “Bəli, hiss edirik, amma təfərrüatları sizə deməyəcəyik”.

Onun sözlərinə görə, “F-16”-lar artıq cəbhədə işləyir: “Bu gün dövlət düşmənin bilməsi lazım olmayan şeyləri vaxtından əvvəl söyləməməyi öyrənib. Düşməni daim aldatmaq lazımdır ki, o, daim “hədiyyələr” gözləsin. Bu yolla qələbəmizi daha da yaxınlaşdıracağıq”.

Xatırladaq ki, Prezident Volodimir Zelenski avqustun 4-də Ukraynanın Qərb ölkələrindən açıqlamadığı sayda “F-16” aldığını təsdiqləyib. Zelenski bunun üçün Danimarka, Hollandiya və ABŞ-yə təşəkkür edib. ISW analitikləri bildiriblər ki, vəd edilən 79 təyyarədən hələ ki, yalnız 10-u Ukraynaya təhvil verilib. “The Economist” isə yazıb ki, ilin sonuna kimi onların sayı 20 ədədə qədər artacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol