Menu

ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır

06.08.2024, 00:18
ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır

ABŞ vasitəçi ölkələr vasitəsilə İranı Yaxın Şərqdə gərginliyin artmasından əl çəkməyə inandırmağa çalışır.

APA xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton üçüncü ölkələrin nümayəndələri vasitəsilə eskalasiyanın İranın maraqlarına uyğun olmadığını və ABŞ-ın İsrailə mümkün hücumu dəf etməyə kömək edəcəyini çatdırmağa çalışır.

“Bölgədəki müttəfiqlər və tərəfdaşlarla söhbətlərimizin təfərrüatlarına girməyəcəm. Lakin gərginliyi istəmədiyimizi deməklə kifayətlənəcəm. Ümumi mövqe ondan ibarətdir ki, İran bundan sonra əlavə addım atmamalıdır”, - deyən Miller daha sonra sözlərinə belə davam edib: “Mən region ölkələrinə çatdırmaq istəyirəm ki, bu ölkələr İrana mesaj göndərərərək bu münaqişənin gərginləşməsi və İsrailə qarşı növbəti hücumun İranın maraqlarına qətiyyən cavab vermədiyini çatdırsınlar”.

Şərhlər

Vahid 2024-08-06 07:42:34

Dünyanı qarışdıran esas ölke abş-dır,dolayısı ile sionizmdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol