Gürcüstan Prezidenti Salome Zurabişvili sabiq prezident Mixeil Saakaşvilini əfv etməyi planlaşdırır. Çünki o, Saakaşvili və onun Vahid Milli Hərəkat partiyası ilə eyni ittifaqdadır.
“AzPolitika” xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Bundan əvvəl Zurabişvili demişdi ki, ona Avropa Parlamenti tərəfindən Mixeil Saakaşvili üçün əfv tələbi ilə təzyiqlər olub. Avropa Parlamenti dəfələrlə prezidentdən Saakaşvilini əfv etməyə çağıran qətnamələr qəbul edib. Sonuncu belə qətnamə bu ilin mart ayının əvvəlində qəbul edilib. Zurabişviliyə avropalı deputatlardan da fərdi sorğular daxil olub.
Onu da qeyd edək ki, Zurabişvili prezident olandan sonra bir neçə dəfə Saakaşvilini əfv etməyəcəyini demişdi.
“AzPolitika.info”


Şərhlər