Menu

İran müharibəyə hazırlaşır - Rusiyadan bu silahları alıb

07.08.2024, 14:32
İran müharibəyə hazırlaşır - Rusiyadan bu silahları alıb

İran Rusiyanın qabaqcıl radarları və hava hücumundan müdafiə vasitələri ilə təchiz olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” nəşri məlumat yayıb.

Məlumata görə, Tehran İsraillə mümkün müharibəyə hazırlaşmaq üçün Rusiyadan qabaqcıl hava hücumundan müdafiə sistemləri istəyib.

Qəzet adı açıqlanmayan İran rəsmilərinə istinadən bildirib ki, artıq Rusiyanın qabaqcıl radar və hava hücumundan müdafiə vasitələrinin İrana çatdırılmasına başlanılıb.

Qəzet qeyd edib ki, İsrail rəsmi olaraq HƏMAS lideri İsmayıl Həniyənin öldürülməsinin məsuliyyətini öz üzərinə götürməsə də, İranın hücum cavabını gözləyərək öz qüvvələrini və həyati əhəmiyyətli obyektlərinin həyəcan vəziyyətini maksimuma çatdırıb. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol