Menu

"İran İsrailə genişmiqyaslı hücum etməkdən imtina edə bilər" - “Politico”

08.08.2024, 08:16
"İran İsrailə genişmiqyaslı hücum etməkdən imtina edə bilər" - “Politico”

İran HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər.

APA xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Onların fikrincə, ABŞ hələ də Haniyənin öldürülməsinə İrandan hansısa reaksiya gözləyir. Lakin Tehran ilkin cavab planını yenidən nəzərdən keçirdiyi üçün heç kim yaxın gələcəkdə İsrailə hücum edəcəyinə inanmır.

ABŞ administrasiyasının iki yüksək çinli məmuru bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib. Onlar deyiblər ki, ABŞ həmçinin İranı, Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb. Rəsmilərin fikrincə, İran əvvəlcə təklifləri rədd etsə də, ABŞ tərəfinin dedikləri ilə getdikcə daha çox razılaşır.

Şərhlər

dadaşyev 2024-08-08 11:17:48

Hər hansı toplumun hansı xarakterdə olduğunu bilmək üçün o toplumun dini mərasimlərinin necə keçirildiyinə baxmaq kifayətdir.Dini mərasimlərini sakit keçirən toplumlar,məsələn, xristianlar zəmanəylə uyğunlaşıblar,dünyanı barmaqlarında oynadırlar,hələ Marsa gedib laboratoriyalar qurmaq planları düşünürlər.Bizim müsliman toplumları isə əba geyib əmmamə qoyub təsbeh şaqqıldada-şaqıldada 1000 il geridə qalıblar.Təsəvvürlərində hələ də quldarlıq dövrüdü.Dəvə karvanları,at-öküz-eşşək arabalı nağılvari həyatdadır xəyalları.Çünki,məsələn,o boyda İran toplumu ilin bir ayını meydanlara çıxıb sinə vura-vura haray-qışqırıqlı dini mərasim keçirir hoyhahoy, İsrailə,ABŞ-a nifrət püslürür,qalan 11 ayı isə yenə yatmağa gedir.Odur ki o boyda nifrət ola-ola 8 gündür İsraili vurmaq istəyir,vurmağa haqqı da var ənazı fələstinliləri qorumağı 40 ildir öhdəsinə aldığı üçün,amma vurammır.Çünki haray-qışqırığa öyrəşən toplum boşboğazlığa aludə olar,gördüyü isə heç bir iş olmaz.A balam,vuracaqsan vur,işimiz-gücümüz var,qurtar görək.Vurmayacaqsansa bundan sonra Fələstin,İsrail,ABŞ kəlmələrini dilinə gətirmə.Nədəəə bu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol