Menu

Sırski Kurskla sərhədə gəlib - Rusiya general olan yeri “İsgəndər”lə vurmağa çalışıb

08.08.2024, 19:27
Sırski Kurskla sərhədə gəlib - Rusiya general olan yeri “İsgəndər”lə vurmağa çalışıb

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Aleksandr Sırski Rusiyanın Kursk vilayətilə sərhəd Sumı vilayətində gəlib. 

"AzPolitika"nın məlumatına görə, Ukrayna KİV-lərinin yazdığına görə, general oradan Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindəki əməliyyatlarına rəhbərlik edir. Bunu Rusiya “teleqram” kanalları da təsdiqləyib.

Onların məlumatına görə, Rusiya hərbçiləri aviasiya və “İsgəndər” raketlərindən istifadə etməklə Sırskinin olduğu ehtimal edilən yerlərə zərbələr endirirlər. O da qeyd olunur ki, Kursk vilayətində artıq 20-yə yaxın yaşayış məntəqəsi tam və ya qismən Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Döyüşlər Xarkov ərazisindən daha böyük olan 430 kvadrat kilometr ərazidə gedir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol