Menu

Polad Bülbüloğlu Azərbaycana qayıtdı - Səlahiyyətlərinin icrasını dayandırdı

09.08.2024, 20:29
Polad Bülbüloğlu Azərbaycana qayıtdı - Səlahiyyətlərinin icrasını dayandırdı

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Modern.az-ın məlumatına görə, o, seçkiqabağı təşviqatda iştirak etmək üçün Azərbaycana gəlib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə açıqlamasında məlumatı təsdiq edib.

"Səfir qanunvericiliyə əsasən ödənişsiz məzuniyyətdədir. Səfirlikdə müvəqqəti işlər vəkili var",- o deyib.

Qeyd edək ki, Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. O, 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyini irəli sürüb. Qanunvericiliyin tələbinə görə, P.Bülbüloğlu deputat seçiləcəyi halda fövqəladə və səlahiyyətli səfir vəzifəsindən istefa verməlidir. 

Şərhlər

RR 2024-08-09 14:54:26

Qetsin batyanin yanna onun dostudu

OMER 2024-08-09 12:52:22

nE SELAHİYYETİ ADAM 10 İLDE SEFİR KİMİ HEC BİR İŞ GÖRMEDİ

Adam 2024-08-09 12:31:37

Utanmırlar, görən? Deputat olan vaxtıdır? Niyə üzü sulu, şərəfli pensiyaya getmirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol