Menu

“Bu kitab xəyallarımı Ukraynaya apardı...”– Millət vəkili Beynəlxalq Kitabsevərlər günündən yazdı

09.08.2024, 13:53
“Bu kitab xəyallarımı Ukraynaya apardı...”– Millət vəkili Beynəlxalq Kitabsevərlər günündən yazdı

Millət vəkli, tanınmış təhsil eksperti Etibar Əliyev 9 Avqust Beynəlxalq Kitabsevərlər günü ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.

“AzPolitika” deputatın qeydlərini oxuculara təqdim edir: “Dahi Borxesin "Kitab-yaddaşdır" kəlamı həqiqətdir. Kitab haqda yazmaq istədim. Kitabxanamda məşhur "JZL" seriyasından ədəbiyyatşünas və yazıçı Alan Kubatievin "Coys" kitabını görəndə dərhal mövzunu müəyyənləşdirdim. Kitabı 2018-ci ildə Ukraynanın Mirqorod sanatoriya şəhərindən almışam. Mirqorodda sosializmin bütün ənənələri qalmışdı. Kasıb bir şəhərdəki səmimiyyət və davranşlar adamı riqqətə gətirirdi. Sanatoriyanın həyətindəki Qoqolun möhtəşəm heykəli dərhal diqqəti cəlb edirdi. Böyük yazıçı bu kiçik şəhərdə anadan olub. Selpo ticarət mərkəzinin yanındakı kiçik kitab köşkündən aldığım "Coys" kitabı xəyallarımı Ukraynaya apardı.

Kitab haqqında bir neçə söz: Ceyms Coys "Ullis" romanına görə dünaynın nəhəng yazıçıları sırasına daxil olub. 800 səhifəlik bu əsərdə Dublinin 8:00-dan, gecə saat 2-yə qədər bir günü təsvir olunub. Əsərin əsas qəhrəmanları reklam agenti Leopold Blum və gənc yazıçı Stiven Dedaldır. Təsvir olunan gün Dublinin küçələrində, nəşriyyatda, kafedə, hüzür yerində, doğum evində, körfəz sahilində, bordeldə, Blumun evində və s. yerlərdə keçir. Məkanlar elə hərtərəfli təsvir olunur ki, tənqidçilərdən biri deyib: "Dublin yer üzündən silinsə, romana görə şəhəri yenidən bərpa etmək olar".

Allah eləsin ki, Ukrayna ağır təlatümlərdən xilas olsun və bir daha Mirqoroda gedək. Sosializm bu şəhərə çox yaraşır. Bu qədər. Kitab gününüz mübarək”.

“AzPolitika.info”



Şərhlər

Əməkdaş 2024-08-10 10:00:37

orada bizim indi universitetlərin rektorları haqda
yazı yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol