Menu

Qisas əməliyyatına hazırlaşan İrandan maraqlı addım – Bu raketlərlə...

09.08.2024, 20:38
Qisas əməliyyatına hazırlaşan İrandan maraqlı addım – Bu raketlərlə...

HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrailə qarşı qisas əməliyyatı keçirəcəyinə dair bəyanat verən İranın bu addımı maraq doğurub.

“AzPolitika” xəbər verir ki, söhbət İran donanmasının yüksək partlayıcı başlıqlı gəmi əleyhinə qanadlı raketlərə təchiz edilməsindən gedir.

İran dövlət televiziyasının xəbərinə görə, SEPAH-ın Baş Komandanı, general-mayor Hüseyn Səlaminin göstərişi ilə dəniz qüvvələri çoxlu sayda gəmi əleyhinə qanadlı raketlərlə təchiz olunub.

Bildirilib ki, bu qanadlı raketlər yüksək partlayıcı və ələ keçirilməyən döyüş başlıqlarına malikdir.

Xatırladaq ki, İranın İsrailə mümkün hücumu ilə bağlı ABŞ bu yaxınlarda Fars körfəzinə hərbi gəmilər yerləşdirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol