Menu

Səmədzadə, Temirxan, Seyidcahan... – 23 saylı dairədə maraqlı çəkişmə gözlənilir

10.08.2024, 20:58
Səmədzadə, Temirxan, Seyidcahan... – 23 saylı dairədə maraqlı çəkişmə gözlənilir

Ölkədə 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsində maraqlı yarış gözlənilir.

“AzPolitika” xəbər verir ki, bu dairədən indiki deputat, 84 yaşlı Ziyad Səmədzadə, YAP-ın namizədi kimi “Bakı Tikiş Evi” ASC-nin maliyyə üzrə sədr müavini Elnur Rəhimov, REAL partiyasının namizədi kimi Qərbi-Kaspi Universitetinin professoru Elçin Əliyev, Azərbaycan Milli Birlik Hərəkatının sədr müavini Əvəz Temirxan, “Paşa Sığorta” MMC-nin mütəxəssisi Nigar Əliyeva, tanınmış müğənni-bəstəkar Elza Seyidcahan (Qasımova) və digər bir neçə şəxs mandat uğurunda mübarizə aparacaqlar.

Müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, iqtidarın siyasi dəstəyi qocaman deputat Ziyad Səmədzadədən yanadır.

Ancaq bu dairədə seçki prosesinin maraqlı keçəcəyi gözlənilir. Hər halda, ötən seçkilərin təcrübəsindən çıxış etsək çılğın xarakterli müğənni Elza Seyidcahanın və siyasətçi Əvəz Temirxanın seçki kampaniyası dövründə qeyri-adi performans göstərmələri mümkündür.

“AzPolitika.info”   

Şərhlər

уу 2024-08-11 07:40:35

Men Elzaya ses verecem !!! bes siz ?

Ince Boyunlu vetendash 2024-08-11 05:25:32

Boyun nahiyelerine diqqet etmek lazimdir. Boynunun diametri en genish olan shexs milli meclise getmelidir. Eksi bizim adet enenelerimize tersdir.

Hele bu namized olan xanimlara baxin. Sizin boynunuzun yoghunlughune qederdir ki siz hele deputat da olmaq isteyirsiz?!

Abış 2024-08-10 23:33:06

Elza deputat olsa Milli Məclisdəki şoular Zaurları, Xoşbədənləri, Elkizləri kölgədə qoyacaq və onları moddan salacaq. Elza, Elza, Elza.... Uraaaaaaa...

bala 2024-08-10 23:29:14

Mən лишни именны Masallıdan ... Elzaya səs göndərəcəm...Həm də mənə ləzzət eləyəcək ki, Elza başında yekə bir quş yuvası MM-ə yenilik gətirəcək və MM olacaq əsil analoqsuz deputatxana.

Bəşir 2024-08-10 23:19:54

Mən hesab edirəm ki, bu dairədən MM-ə ən uyğun (layiqli yox ha) gələn namizəd Elzadır. Çünki deputatların 70 faizi ağzına su alıb deyə yaxşı ki, 5 il danışmırlar. Elza ceçilsə məşhur şerlərini deyəcək və MM-keyf yeri olacaq

Bəşir 2024-08-10 22:59:55

Mən hesab edirəm ki, bu dairədən MM-ə ən uyğun (layiqli yox ha) gələn namizəd Elzadır. Çünki deputatların 70 faizi ağzına su alıb deyə yaxşı ki, 5 il danışmırlar. Elza ceçilsə məşhur şerlərini deyəcək və MM-keyf yeri olacaq

Mubariz 2024-08-10 19:38:42

Maraqlı o vaxt olar ki ,təyinat olmasın. Birdə ki ,mən inanmıram bunlar imza toplamış olsunlar ,çünki məlumat var ki , kimlər qeydiyata alınıb ,onlar üçün şablon imza vərəqələri doldurulmuş və təqdim edilmişdir .Ona görə də ,küçədə bir nəfərə rast gəlinmədi ki ,imza toplamış olsun .AzPolitika , Sizlər olmasanız bizim xəbərimiz yox idi ,seçki keçrilir .

Azər 2024-08-10 19:27:06

Ziyadan , yenə də Elza yaxşıdır… El məsəli var:”Xosudan Matan yaxşıdır”

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol