"Xədicə İsmayıl Qırmızı Xaç nümayəndələri ilə görüşüb", həbsdə olan jurnalistin vəkili BBC Azərbaycancaya deyib.
Vəkil Elton Quliyev "indicə" xanım İsmayılla görüşdüyünü, jurnalistin "giley-güzarının olmadığını" bildirərək onun vəziyyətini "normal" kimi dəyərləndirib.
"Onun dərmanları yanındadır. (Mədə əməliyyatına görə) o, müəyyən qidalar qəbul etməlidir və biz bunu təşkil etməyə çalışırıq", cənab Quliyev deyir.
Daha əvvəl yerli mediada məlumat yayılmışdı ki, bazar ertəsi Xədicə İsmayıla göndərilən yemək sovqatı təcridxanada qəbul olunmamışdı. Bunu şərh edən vəkil deyib: "Mən ona çatdırdım ki, bu gün ona yemək göndərilmişdi, amma qəbul olunmadı. O, dünən yemək almışdı və deyir ki, yeməklə bağlı heç bir problem yoxdur və buna ehtiyac yox idi".


Şərhlər