Menu

Xəzərdə suyun səviyyəsi niyə azalır? - Səbəblər açıqlandı + VİDEO

11.08.2024, 21:12
Xəzərdə suyun səviyyəsi niyə azalır? - Səbəblər açıqlandı + VİDEO

Xəzər dənizində suyun səviyyəsinin artması və ya azalması heç də ona tökülən çaylarla bağlı deyil. Xəzər dənizi üzərində yağıntılar azalıb, buxarlanma çoxalıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov deyib.Onun sözlərinə görə, son illər dəniz səviyyəsinin kəskin azalması buxarlanmanın kəskin artması ilə əlaqədardır: "Xəzər dənizində bu dəyişikliklər heç də nadir hadisə deyil. Çünki xəzərin dünya okeanı ilə əlaqəsi yoxdur, ona görə də belə dəyişikliklərə məruz qalır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol