Ukraynanın davam etdirdiyi Kursk əməliyyatı Rusiya rubluna da təsirsiz ötüşməyib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, hazırda Rusiya rublu 1 ABŞ dolları üçün 90,30 səviyyəsində ticarət olunur. Bu, mayın sonundan bəri ən aşağı səviyyədir.
“The Telegraph” yazır ki, rubl gün ərzində 1,9% zəifləyib. Cümə günü, avqustun 9-da birjadankənar bazarda Amerika valyutasının məzənnəsi 86,90 rubl/$ təşkil edib. Rublun zəifləməsi ixracatçılar tərəfindən xarici valyuta təklifinin azalması, eyni zamanda idxalçılar tərəfindən ona tələbin artması ilə əlaqələndirilir.
“AzPolitika.info”


Şərhlər