Çindəki “Pinduoduo” və onun törəmə şirkəti “Temu”-nun yaradıcısı Kolin Huanq bu ölkənin ən varlı adamıdır.
“AzPolitika” xəbər verir ki, “Bloomberg”-in dərc etdiyi milyarderlər indeksi bunu deməyə əsas verir.
Nəşrin məlumatına görə, Kolin dünyanın ən varlı adamları siyahısında 25-ci yeri tutub. Onun sərvəti, “Forbes Real Time” jurnalına görə, 48,6 milyard dollar qiymətləndirilir.
O, sərvəti 47,4 milyard dollar dəyərində qiymətləndirilən qablaşdırılmış su istehsalçısı Zhong Şanşanı geridə qoyub.
2015-ci ildə Kolin Huanq Çinin ən uğurlu elektron ticarət platformalarından birinə çevrilmiş “Pinduoduo”-nu qurub.
“AzPolitika.info”


Şərhlər