Menu

Sadiq Qurbanov Salyanda böyük rəğbətlə qarşılanır – YAP-ın namizədi daha iki kənddə görüş keçirdi + FOTOLAR

13.08.2024, 11:14
Sadiq Qurbanov Salyanda böyük rəğbətlə qarşılanır – YAP-ın namizədi daha iki kənddə görüş keçirdi + FOTOLAR

Ölkədə 1 sentyabrda keçiriləcək nöbədənkənar parlament seçkilərində 64 saylı Salyan seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi, VI çağırış Milli Məclisin üzvü Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir.

“AzPolitika” millət vəkilinin “Facebook” səhifəsində paylaşdığı məlumata istinadla xəbər verir ki, S.Qurbanovun təşviqat mərhələsi çərçivəsində Salyan rayonunun Marışlı və Seyidsadıqlı kəndlərində seçicilərlə maraqlı görüşləri olub.

“Ulu Öndər Heydər Əliyevin ideyaları, cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinə tam dəstək verən Salyan rayon sakinlərinə, ziyalılarına və ağsaqqalarına bir daha göstərdikləri diqqət və səmimiyyətə görə dərin təşəkkürümü bildirirəm”, - deputatlığa namizəd yazıb.

Qeyd edək ki, millət vəkilinin paylaşımına xeyli sayda seçicilər rələr yazıb ona rəğbətini ifadə ediblər.

Məsələn, Müşfiq Xəlilov adlı “Facebook” istifadəçisi yazıb: “Uğurlar, dəyərli qardaş. Siz tanıdığımız ən uğurlu, dövlət adamısınız. Sizi tanıyan vaxtdan Heydər Əliyevçi kimi tanımışam. Yadımdadı ki, 1991-ci ildə siz Heydər Əliyevin adını çəkdiyiniz üçün unversitetdən qovuldunuz. Bütün tələbələr sizin müdafiyənizə qalxdıq. Bu gün sevinirəm ki, siz cənab Prezidentimiz İlham Əliyevə, onun siyasətinə sədaqətlə xidmət edirsiniz. Uğurlar!”

Tahir Vəzirov adlı seçici də Sadiq Qurbanova uğurlar arzulayaraq, bu seçimdən Salyan camaatının qazanacağına inandığını yazıb

Sərdar Əfəndiyev də namizədə uğurlar diləyərək Salyan seçicilərinin doğru seçim edəcəyinə, Sadiq Qurbanov kimi millət vəkili qazanacaqlarına ümidvar olduğunu vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol