Menu

Zahid Orucun seçicilərlə görüşləri davam edir - FOTOLAR

13.08.2024, 12:00
Zahid Orucun seçicilərlə görüşləri davam edir - FOTOLAR

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş, Neapol küçəsində bir qrup sakinlə, səmimi və qeyri-rəsmi şəraitdə həyata keçirildi. Qanunvericilik normalarına uyğun olaraq, MSK-nın müvafiq icra hakimiyyəti orqanları ilə birgə müəyyənləşdirdiyi rəsmi yerlərdən kənarda yalnız məhdud sayda seçicilərlə ünsiyyət imkanını qeyd edən vəkillər, sosiologiya elmləri doktoru Əfqan Vəliyev və Tural İsmayılov təmsil etdikləri namizəd haqqında ürək sözlərini bölüşdülər.

Zahid Oruc ilk növbədə, ötən dövrdə parlament üzvü kimi keçdiyi yoldan, xalq qarşısında hesabatından danışaraq, hər zaman vətəndaşların yanında olduğunu, onların müraciət və problemlərini dövlət orqanlarına çatdırdığını, qanunvericilik və dövlət quruculuğunda fəaliyyətini qısa olaraq, qeyd etdi. 120 yaşlı Xətai rayonun əhalisinin əsas qayğılarını artıq yaxşı bildiyini vurğulayan namizəd, ərazidə yaşayış massivlərinin salınması tarixindən və sonrakı sənaye obyektlərinin müstəqillik illərində rayonun sosial-iqtisadi həyatına təsirindən, hazırda ərazinin əsas qayğıları və perspektiv inkişaf planalarından, gələcək, köklü dəyişikliklərdən bəhs etdi.

Daha sonra Lütvizadə və Məzahir Rüstəmov küçəsinin 150-dək sakini ilə görüş 2 saatdan çox davam etdi. Xüsusi vurğulamaq yerinə düşər ki, sözügedən ərazi Heydər Əliyev Fondunun Bakıda həyata keçirdiyi nümunəvi məhəllələr yaradılması təşəbbüsü və birbaşa iştirakı ilə qurulan, yaşlıların istirahət və rahatlığı, uşaqların əyləncə məkanı kimi abadlaşdırılan və minlərlə sakinin istifadəsinə verilən yerdə keçirilməsi məmnunluq doğururdu. Görüş zamanı əhatədə 100-lərlə yeniyetmə və məktəblinin müşahidə edə biləcəyi- gələcək dövlət quruculuğunda millətimizi ləyaqətlə təmsil edəcək gənc nəsil üçün maraqlı və canlı platforma yaranmışdı, hər kəs xalq təmsilçiliyinə iddialı olan şəxsləri belə səmimi və yaxın mühitdə görmək istəyini və marağını dilə gətirirdi.

Zahid Oruc görüşdə çıxış edərək ilk növbədə, sadə ailənin övladı kimi, ali təhsil illərinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı qəsdlər dövrünə düşdüyü, parlament üzvü kimi beynəlxalq məkanda işğala məruz qalmış bir milləti təmsil etməyin ağırlığından danışdı, 44 günlük müqəddəs müharibə və Xankəndi Zəfərindən sonra təkcə torpaq və suverenlik deyil, həm də vətəndaş bütövlüyü qazandığımızı tarixi hadisə kimi qeyd etdi. Namizəd 100 mindən artıq köçkünü qoynuna alan Bərdə bölgəsinin həyatında dövlət və hakimiyyət orqanları ilə birlikdə görülən işləri qürurlu siyasi bioqrafiya adlandıraraq, hazırda namizəd kimi çıxış etdiyi və hər yerdə səmimi, güvənc və etimadla qarşılandığı Xətai rayonu əhalisi üçün də gerçəkləşdirməyə qadir olduğunu dilə gətirdi. Xüsusi imzatoplama kampaniyasını açıq və şəfaff qaydada həyata keçirməyi məhz ərazinin əsas problemlərinə bələd olmaq fürsəti kimi dəyərləndirən natiq seçicilərə müraciət edərkən hazırladığı “Xüsusi Buraxılış”da Xətai ilə bağlı görüşlərini, proqram və təkliflərini sadə şəkildə görüş iştirakçılarına təqdim etdi.

Zahid Oruc vədlər deyil, konkret vəzifələr üzrə parlament üzvü kimi ötən dövrdə gördüyü işlərdən, parlament üzvü kimi keçdiyi şərəfli yoldan, xalq qarşısında hər zaman verdiyi açıq hesabatlardan danışaraq, daim vətəndaşların yanında olduğunu, onların müraciət və problemlərini dövlət orqanlarına çatdırdığını, qanunvericilik orqanı təmsilçisinin məsuliyyət və səlahiyyət dairəsinə aid olan məsələləri sadaladı, xüsusi ilə ərazidə əhalinin fasiləsiz içməli, həmçinin təsərrüfat məqsədli su və istiliklə təminatı, sahibkarlığın inkişafı, məktəblərin və bağçaların təmiri, gənclərin sağlam böyüməsi və zərərli vərdişlərdən uzaq olmaları, karyera quruculuğu məsələləri və yeni şəhərsalma siyasəti, infrastrkturun dəyişməsi tədbirlərinin vətəndaşların hüquqi və sosial maraqlarına cavab verməsini millət vəkili-hökumət-icra orqanları vəhdətində birgə həllinin mümkünlüyünü inamlı dəlillərlə ifadə etdi.

Problemlərin hər biri Seçki Qərargahı tərəfindən qeydə alınırdı və hər biri üzrə müvafiq tədbirlərdən sonra vətəndaşlara cavabların veriləcəyi xüsusi vurğulandı.

Görüşün sonunda Zahid Oruc vətəndaşlara səmimi söhbət və istiqanlı münasibət üçün dərin təşəkkürləri bildirirdi, onların etimadına layiq olmağa çalışacağına, üzərinə götürdyü vəzifələri daim yerinə yetirəcəyinə hər kəsi əmin etdi. Daha sonra sakinlərlə birlikdə, vətəndaş Mərziyyə Qasımovanın xahişi ilə 1992-ci ildə həyatını torpaqlarımız urğunda verən həyat yoldaşı Veysəl Qasımovun adının əbədiləşdirildiyi lövhəyə baxış keçirildi, Vətən müharibəsinin hər bir şəhidinə dövlətimizin ali münasibətini rəhbər götürərək şəhidin ailə üzvləri əmin olundu ki, ərazidə onun adına xüsusi guşənin yaradılması və gələcək nəsillər üçün ziyarət ünvanına çevrilməsinə köməklik göstərəcəkdir.

Namizəd seçicilərlə birlikdə onları narahat edən bir neçə problemli yerlərə baxış keçirdi. Görüşlərə dair ətraflı məlumatlar mütəmadi veriləcəkdir.

Zahid Orucun Seçki Qərargahı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol