Ukraynanın Kursk əməliyyatına ABŞ administrasiyası da münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vladimir Putinə Kursk əməliyyatından “çıxış yolu”nu göstərib. Kirbi deyib ki, Vladimir Putin Kursk bölgəsindəki vəziyyətdən çox narahatdırsa, Ukraynaya qarşı müharibəni dayandırsın.
O, Rusiya rəsmilərinin Kursk əməliyyatının guya Qərb tərəfindən koordinasiya edildiyinə dair son bəyanatlarını “Putin təbliğatı” adlandırıb: “Ukraynada müharibə edənlər yalnız rusların özləridir və Ukrayna özünü təcavüzdən qoruyur. Bu, Putinin Ukraynaya qarşı müharibəsidir və əgər nəsə onun xoşuna gəlmirsə, nəsə onu qane etmirsə, bunun çox sadə həlli var – qoy Ukraynadan cəhənnəm olsun və müharibəni dayandırsın”.
Xatırladaq ki, ötən həftənin əvvəlindən Ukrayna hərbçiləri Rusiyanın Kursk vilayəti ərazisində əməliyyat keçirir və Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskinin sözlərinə görə, Ukrayna ordusu orada 1000 kvadrat kilometrə qədər əraziyə nəzarət edir.
“AzPolitika.info”


Şərhlər