Menu

Müdafiə Nazirliyindən Ermənistan KİV-lərinə cavab...

08.12.2014, 21:18
Müdafiə Nazirliyindən Ermənistan KİV-lərinə cavab...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-lərinin Azərbaycan Silahlı Qüvvələrinin (SQ) cəbhədə təxribat törətməsi haqda yaydığı məlumatlara münasibət bildirib:“Müdafiə Nazirliyi bildirir ki, Ermənistanın elektron kütləvi informasiya vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu, Ermənistan SQ bölmələrinin verdiyi itkilərin sayının gizlədilməsi məqsədilə atılan növbəti addımdır.

Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu vəziyyətə tam nəzarət edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol