Menu

Kursk əməliyyatının iki əsas məqsədi - Podolyak açıqladı

13.08.2024, 15:34
Kursk əməliyyatının iki əsas məqsədi - Podolyak açıqladı

Kursk vilayəti də Rusiyanın hər hansı digər sərhəd bölgəsi kimi, Ukraynadakı müharibəni dəstəkləyir. 

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Kurskda davam edən hücum əməliyyatını şərh edərkən deyib.

Podolayk qeyd edib ki, Rusiya bu müharibədə bütün yazılan və yazılmayan qaydaları, qanunları pozub: “Bu, müharibə qaydalarına riayət olunmayan müharibədir... Rusiya öz ərazilərində artilleriya, MLRS, kiçik aviabazalar, ballistik raket buraxılışı qurğuları yerləşdirərək, oradan başqa ölkənin mülki əhalisinə irimiqyaslı hücumlar üçün istifadə edir”.

Podolyak əlavə edib ki, Rusiya hakimiyyəti onların ərazilərinin toxunulmaz olduğuna inanırdılar. Ancaq Ukrayna hazırda bunun belə olmadığını göstərdi.

Podolyak eyni zamanda, dolayısı ilə Kursk əməliyyatının iki əsas məqsədinin olduğunu qeyd edib: "Birincisi, həmin yerüstü əməliyyatlarla (Rusiyanın)müharibə infrastrukturunun məhv edilməsi. İkincisi, Rusiyanın dərinliklərinə genişmiqyaslı və müntəzəm zərbələr endirmək”. Podolyak bildirib ki, bunun üçün çoxlu raketlər və Rusiya Federasiyası ərazisində bu raketlərin istifadəsinə Qərb tərəfindən qoyulan qeyri-rəsmi qadağaların aradan qaldırılması lazımdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol