30 ildir Belarusa rəhbərlik edən Aleksandr Lukaşenko ölkənin Cinayət Məcəlləsinə dəyişiklik təklif edib.
Təklif olunan dəyişiklikdə dövlət başçısını və keçmiş prezidentləri hədələyənləri cəzalandırmaq nəzərdə tutulur. Düzəlişin mətni artıq rəsmi internet saytında dərc olunub. Müvafiq maddə ilə 8 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Yeri gəlmişkən, indiki Cinayət Məcəlləsində məmurlara hədə-qorxu gəlməyə, həmçinin prezidentin ünvanına söylənilmiş təhqir və ya böhtana görə bir neçə ilə qədər həbs cəzasını nəzərdə tutan maddələr var.
“AzPolitika.info”


Şərhlər