Menu

"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

13.08.2024, 23:51
"Fənərbağça" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırıb.

"Report" xəbər verir ki, pley-off mərhələsinə gedən yolda Fransanın "Lill" kollektivi ilə qarşılaşan İstanbul komandası doğma meydanda 1:1 hesablı heç-heçəyə razılaşıb.

Səfərdə baş tutan matçda 1:2 hesabı ilə məğlub olan "sarı-lacıvərdlilər" qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb.

Qeyd edək ki, Jose Mourinyonun rəhbərlik etdiyi "Fənərbağça" mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol