Menu

Ukraynalı jurnalistlər Kurskda - İlk dəfə Sudja şəhərindən görüntülər yayımlanıb + VİDEO

14.08.2024, 14:37
Ukraynalı jurnalistlər Kurskda - İlk dəfə Sudja şəhərindən görüntülər yayımlanıb + VİDEO

Ukraynalı jurnalistlər ilk dəfə sürətli hücum nəticəsində bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçən Kursk vilayətinə səfər ediblər. 

“AzPolitika” xəbər verir ki, Ukraynanın TSN kanalının müxbiri Natalya Naqornaya Ukrayna hərbçilərinin Sudjadakı inzibati binadan Rusiya bayrağını necə çıxardığını göstərib. Hansı ki, bundan bir neçə saat əvvəl Rusiya hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin şəhərə nəzarət etmədiyini iddia edirdi.

Naqornayanın sözlərinə görə, yol boyu və şəhərin girişində yanmış Rusiya texnikasını görüb. O, qeyd edib ki, Rusiya ordusu bu ərazilərə durmadan hava zərbələri endirərək, Ukrayna Silahlı Qüvvələrini sıxışdırıb çıxarmağa çalışır. Buna baxmayaraq, Ukrayna hərbçiləri ərazidəki dinc əhaliyə humanitar yardım edir. İnsanlar Rusiya hakimiyyəti tərəfindən tərk edildiklərini deyirlər. Həmçinin, şəhərdə təkcə böyüklər deyil, uşaqlar da qalır.

Naqornaya deyib ki, Sudja şəhərinə cüzi ziyan dəyib. Dağıntılara Rusiya aviasiyasının zərbələri səbəb olub.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol