Rusiyanı Ukraynanın işğal olunmuş Krım vilayəti ilə birləşdirən Kerç körpüsündən keçmək üçün hazırda 2 minədək nəqliyyat vasitəsi növbə gözləyir. Ötən gecə ərazidə partlayış səsləri eşidiləndən sonra məmurlar körpünü bağlayıb.
Partlayış nəticəsində Kerç şəhərinə yüngül ziyan dəydiyi, bunun Ukraynanın dron hücumunun nəticəsi olduğu bildirilir. Rusiyapərəst "Crimean Wind" telegram kanalı partlayış anının əks olunduğu deyilən bircə kadr yayıb və bunun böyük yanğına səbəb olduğunu yazıb.
Həm avtomobil, həm də dəmiryol xətlərinin keçdiyi 19 kilometrlik Kerç körpüsü 2018-ci ildə açılıb, Ukraynanın cənubunda bəzi əraziləri işğal etmiş Rusiya qüvvələri üçün vacib təchizat marşrutudur. 2022-ci ilin oktyabrında və 2023-cü ilin iyulunda Ukraynanın hücumundan ziyan görmüş körpü təhlükəsizlik səbəbindən tez-tez bağlanır.
Rusiyanın Qara dəniz donanmasının yerləşdiyi Sevastopol liman şəhərində üç dronun vurulduğu bildirilir. Ümumilikdə, Rusiyanın Müdafiə Nazirliyi avqustun 15-də bildirib ki, ötən gecə Ukraynanın beş hava, iki dəniz dronunu neytrallaşdırıb.
Çernomorsk rayonu və Krımın paytaxtı Simferopol yaxınlığında partlayışlarla bağlı sosial mediada məlumatla yayılır. Böyük ziyan haqda məlumat yoxdur, Ukrayna ordusu da məlumatları şərh etməyib.
“AzPolitika.info”


Şərhlər